Societe Baku

Restoran

“Societe” restoranı gözəl atmosferdə vaxt keçirmək, sehrli mətbəx dadmaq, partnyorlarla işgüzar danışıqlar aparmaq və ya romantik şam yeməyi edə biləcəyiniz bir məkandır. Restoranımız şəhərin tam mərkəzində, fəvvarələr meydanında, Nizami küçəsi 46 ünvanında, Sapphire City Hotelin beşinci mərtəbəsində yerləşir.
Restoranı ziyarət etməklə siz baş aşpazımızın xüsusi reseptlər əsasında hazırladığı rəngarəng və ləzzətli Avropa mətbəxinin qastronomik dünyasına səyahət etmək fürsəti əldə edəcəksiniz.
Hər təamın öz tarixi və unudulmaz dadı vardır...
Yeməklərin müxtəlifliyi və dadı hətta ən “peşəkar” qurmanı belə laqeyd qoymayacaqdır. Həmçinin, hər gün səhər yeməyinə sizi geniş çeşidli sevimli təamlardan ibarət açıq bufet gözləyir.
Şəhərə gözəl mənzərəsi açılan dəbdəbəli terrası özündə birləşdirən restoranın rahat interyeri sizi xüsusi atmosferə qərq edəcək. Hər axşam restoranımızda canlı musiqidən zövq ala bilərsiniz

 

ÜNVAN

Səbail rayonu, Nizami küç. 46

TELEFON

+994 51 207 63 23