Mangal Ocakbaşı
Restoran“Mangal Ocakbaşı” - parlaq, bənzərsiz Şərq mədəniyyətinə qovuşmaq, Türkiyənin adət-ənənələrini dəyərləndirmək və onlardan zövq almaq, rayihəsi və dad çalarları dolğun təamlardan dadmaq fürsətidir. Türk mətbəxinin əsas xüsusiyyəti, demək olar ki, hər bir xörəyin faydalı olmasıdır. Türk mətbəxi zənginliyi və müxtəlifliyi ilə məşhurdur. Təqdim etdiyimiz təamlarımızın hər biri həm dadı, həm də görünüşü ilə əsl aşpazlıq şedevridir.
Və, əlbəttə ki, mətbəximizdə çərəz, darçın, meyvələrin əlavə edilməsi ilə hazırlanmış şirniyyatlar, füsunkar dada malik desertlər mühüm yer tutur. Həmçinin, restoranımızın qonaqları hər gün dolğun səhər yeməyindən həzz ala bilərlər. Restoranımızın əsas konsepsiyası – qonaqlara dadlı türk mətbəxinin bütün rəngarəngliyinin zövqünü çatdırmaq və axşamlarını canlı musiqi ilə rövnəqləndirməkdir.