Mangal Steak House

Steak house

“Mangal Steak House”, şübhəsiz ki, Bakıda hər şeyin steyk ətrafında cərəyan etdiyi ən müasir və gözəl restoranlardandır. Bizim aşpazlarmız «Premium» növ ətdən məxsusi xörəklər hazırlayırlar. Hesab edirik ki, steyk yemək özümüzə rəva biləcəyimiz ən xoş asılılıqdır. Biz steyk barədə hər şeyi bilirik:  danalar harada və hansı yemlə bəslənilir, ət necə saxlanılır və çatdırılır, steyk necə düzgün hazırlanır, süfrəyə necə gətirilir...
Mükəmməl steyk hazırlamaq üçün ən azı üç həftə qurudulmuş, kameralarda saxlanılan ətdən istifadə edirik. Quru nəmləndirmə prosesi mürəkkəb və bahalıdır, buna görə də belə texnologiyanın lehinə seçim yalnız həqiqi peşəkarlara məxsusdur. Hazırlanma prosesində nəmlik itkisi səbəbindən ətin çəkisi azalır, stress  hormonundan ayrılır və qeyri-adi zəngin dad alır, yup-yumşaq olur.
Və qızarıldıqdan sonra təbii, həqiqətən, ilahi dadı olan keyfiyyətli bir ət parçası əldə edirik. Steykin dadını üzə çıxarmaq və düzgün qızardılmasına nail olmaq üçün onu xüsusi sobada – “Josper” də hazırlayırıq. Məkanımızda qonaqlar müxtəlif  bişirilmə dərəcəsinə malik steyklərdən dadmaq imkanı əldə edirlər. Restoranımızda diqqət çəkən məqamlardan biri də qonaqların gözü qarşısında, canlı olaraq hazırlanan Şatobrian yeməyidir. Yemək otla bəslənən buğanın ətindən bişirilir. Fantastik dad və rəngarəng alov şousu heç kəsi laqeyd qoymayacaq.
Aşpazlar, ofisiantlar, texniki heyət, alıcılar və menecerlər, bizim komandamızın bir hissəsi olan hər kəs, ilk növbədə, ət üzrə mütəxəssislər, əsl peşəkarlardır, çünki ət qeyri-peşəkarlığı sevmir.

ÜNVAN

Aydın Nəsirov küç. 3. Bakı

TELEFON

+994 50 228 10 11