Ocakbaşı 62

Restoran

“Ocakbaşı 62” (hər kəsin sevimli restoranı olan “Ocakbaşı”-nın yeni şöbəsi) qonaqlarımız üçün əlverişli yerdə, paytaxtımızın tam mərkəzində, Nizami küçəsi 62 ünvanda yerləşir. Restoranımıza baş çəkməklə siz, parlaq, əsl şərq mətbəxinə qərq olmaq, Türk adət-ənənələrini qiymətləndirmək, rəngarəng musiqi axşamlarımızdan zövq almaq, xüsusi ətir və ləzzətlərlə zəngin Şərq təamlarının dadına baxmaq imkanı əldə edəcəksiniz. Bildiyiniz kimi, Şərq mətbəxi yüksək keyfiyyətli, təravətli məhsullardan istifadə etməklə öz qədim adətlərinə və reseptlərinə sadiqdir. Mətbəximizin əsas xüsusiyyətlərindən biri isə demək olar ki, hər bir təamın faydalı olmasıdır. Biz tərkibində çox miqdarda yağ olan qızardılmış qidaları demək olar ki, qonaqlarımıza təklif etmirik. Restoranımızda ləzzətli yeməklərin dadına baxmaq çoxmərhələli bir ritualdır, hər bir ziyarətçimiz onun sirlərinə bələd ola bilər. Təklif etdiyimiz hər bir təam həm dadı, həm də görünüşü ilə əsl kulinariya şedevrləridir. Belə ki, parlaq, rəngarəng təqdim olunan yemək iştahı oyadır. Və, əlbəttə ki, qoz-fındıq, darçın, meyvələrin əlavə edilməsi ilə hazırlanan ləziz, heyrətamiz dadlı desertlərimiz də mətbəximizdə mühüm yer tutur.
Xoş gəldiniz!

ÜNVAN

Səbail rayonu, Nizami küç. 62

TELEFON

+994 50 877 00 62