Qürurverici hadisə
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və əməkdaşlıq əlaqələrində yeni mərhələ başlandı. İki ölkənin prezidentlərinin Qarabağın işğaldan azad edilmiş ərazilərində görüşü, tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin imzalanması göstərdi ki, xalqlarımızın böyük öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları ölkələrimizin rəhbərlərinin fəaliyyəti üçün əsas amildir.
Prezident Rəcəb Teyyib Ərdoğanın ailə üzvləri ilə birlikdə iyunun 15-16-da Azərbaycana səfər etməsini, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hörmətli qonaqları Qarabağın işğaldan azad edilmiş ərazilərində qarşılamasını, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” kimi tarixi sənədin imzalanması xalqımız böyük sevinc hissi ilə qarşılayıb.
“Azman Holdinq” üçün bu möhtəşəm hadisələrin daha bir sevindirici məqamı da var. İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə nahar holdinqin təkibinə daxil olan iaşə müəssisəsində - Bakıdakı “Mangal” restoranında təşkil olunub. Bu seçimə görə dərin minnətdarlıq və iftixar hissi keçirən restoranın kollektivi hörmətli qonaqlara xidmət etdikləri üçün xoşbəxt və qürurludurlar!